
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, görüş zamanı rektor və nazir arasında maraqlı dialoq yaşanıb.
Belə ki, Hafiz Paşayev Emin Əmrullayevə, hərdən onun çıxışlarını başa düşmədiyini bildirib:
“Sizinlə bir yerdə oturub suallara cavab vermək mənim üçün də maraqlıdır. Çünki mən televiziyada sizin sualları cavablandırmağınızı izləyirəm. Hərdən, heç mən başa düşmürəm nə deyirsiniz. İndi çalışacağam başa düşəm. Çünki doğrudan da auditoriya çox xətalı şeydir. Bir şeyi istədiyin kimi deyirsən, sən istəyirsən başqa cür başa düşsünlər, amma onlar öz bildiyi kimi başa düşür...”
Emin Əmrullayev isə rektorun bu fikirlərini təbəssümlə qarşılayıb.
Həmin anları əks etdirən kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz