DÇ-nin qrup mərhələsinin ən yaxşı qolu seçildi – Video


Özbəkistan millisinin hücumçusu Eldor Şomurodovun qolu dünya çempionatının qrup mərhələsinin ən yaxşı qolu seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
Məlumata görə, özbəkistanlı futbolçu bu qolu Konqo Demokratik Respublikası (1-3) ilə oyunun 10-cu dəqiqəsində vurub.
Onun vurduğu bu qol səslərin 36 faizini toplayıb.
Haitinin hücumçusu Vilson İsidorun Mərakeşə (2-4) vurduğu qol 26,5 faizlə ikinci, Bosniya və Herseqovinanın cinah oyunçusu Kərim Alaybeqoviçin Qətərə (3-1) vurduğu qol isə 24,9 faizlə üçüncü olub.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır. 2022-ci il Dünya Kubokunun finalında Argentina Fransa ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3-3 hesabı ilə başa çatıb. Lakin penaltilər seriyasında Argentina qalib gəlib (4-2).

DİGƏR XƏBƏRLƏR

Top