Zalujnı prezident seçkilərində iştirak etmək istəyir?


Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeri Zalujnı Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla “Ukrainskaya Pravda” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, iyun ayında Zalujnı Zelenski ilə görüşmək üçün Londondan Kiyevə çağırılıb və görüşdə Ukraynada seçkilərin keçirilməsi ehtimalı müzakirə olunub.
Zelenski seçkilərin keçirilməsi üçün imkan yarandığını, lakin seçkilərin cəmiyyətdə parçalanmaya səbəb olmayacaq şəkildə keçirilməsinin vacib olduğunu bildirib. Buna görə də o, Zalujnıdan bu payız seçkilər keçirilərsə, prezidentliyə namizəd olub-olmayacağını soruşub. Valeriy Zalujnı da seçkilərin baş tutacağı təqdirdə namizəd olacağını ifadə edib.
“Ukrayinska Pravda” qəzeti qeyd edir ki, Zelenski seçkilərdən geri çəkiləcəyi təqdirdə Zalujnıya hökumət vəzifələri təklif etməyə hazır olub, lakin keçmiş baş komandan bir çox ukraynalının ona ümid etdiyini bildirərək, imtina edib.
Zelenski ilə görüşdən sonra hakim “Xalqın Xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da Zalujnını seçkilərdə iştirak etməkdən imtina etməyə çağırıblar.
Nəşrin məlumatına görə, Zelenski həmçinin hazırkı ofisinin rəhbəri, əvvəllər Baş Kəşfiyyat İdarəsinin rəisi olmuş Kirill Budanovun da mümkün seçkilərdə iştirak etmək niyyətində olub-olmadığını müəyyən etməyə çalışır. Lakin hələ ki, Budanovun bu məsələdəki mövqeyi qeyri-müəyyəndir.
“Ukrayinskaya Pravda” qəzetinin məlumatına görə, Zelenski seçkilərdən geri çəkiləcəyi təqdirdə ona Ali Radanın sədri vəzifəsini təklif etməyə hazırdır.
Nəşrin məlumatına görə, seçkilər keçirilərsə, Zelenski yenidən seçilmək istəyir. Məlumata görə, 2026-cı ilin sonu seçkilərin keçirilməsi üçün mümkün son tarix kimi nəzərdən keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top