
Azərbaycanın Türkiyədəki səfirliyinə təhsil məsələləri üzrə yeni müşavir təyin edilib.
Yeniavaz.com xəbər verir ki, yeni təhsil müşaviri vəzifəsinə Müjdat Həsənov təyin olunub.
O, bu təyinata qədər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, may ayında Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova bu vəzifədən azad edilib.
Tətbiqimizi yükləyə bilərsiniz