Qazaxıstanda yeni Konstitusiya qüvvəyə mindi


Bu gün Qazaxıstanda 15 mart 2026-cı il tarixində keçirilən ümumxalq səsverməsində qəbul edilmiş Əsas Qanun - Konstitusiya qüvvəyə minib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, Qazaxıstan tarixində ilk dəfə olaraq ölkənin Əsas Qanunu ümumxalq səsverməsində - referendumda qəbul edilib. Vətəndaşların 87,15%-i yeni Konstitusiyanı dəstəkləyib. 
Yeni Konstitusiya mövcud dövlət idarəçiliyi sistemini əhəmiyyətli dərəcədə yeniləyib. Sənəd preambula, 11 bölmə və 104 maddədən ibarətdir. 
Agentliyin qeyd etdiyi kimi, Yeni Konstitusiyanın əsas fərqləndirici xüsusiyyəti onun insan mərkəzli yanaşmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top