
Azərbaycanda restoranlarda satılan orta ölçülü (“Standart”) kappuçinonun orta qiyməti 5,5 manat (3,25 dollar) təşkil edir.
Yeniavaz.com məşhur araşdırma portalı “Numbeo”nun açıqladığı məlumatlara istinadən xəbər verir ki, kappuçinonun ən baha olduğu ölkə Danimarka hesab olunur.
Bu ölkədə orta ölçülü kappuçinonun orta satış qiyməti Azərbaycan ilə müqayisədə təxminən 2 dəfə bahadır. Belə ki, Danimarkada orta ölçülü kappuçino 6,55 dollara satılır. Bundan başqa, kappuçinonun ən bahalı olduğu ölkələrin ilk beşliyində İsveçrə (6,3 dollar), Birləşmiş Ərəb Əmirlikləri (5,5 dollar), ABŞ (5,4 dollar) və Qətər (5,4 dollar) qərarlaşıb.
Ən ucuz kappuçino isə Əlcəzairdə satılır. Bu ölkədə 0,84 dollar ödəyərək orta ölçülü kappuçino almaq mümkündür. Bu göstərici Tunisdə 0,96 dollar, İranda 1,15 dollar, Nepalda 1,4 dollar, Ukraynada 1,45 dollar olub.
Keçmiş SSRİ və region ölkələrində orta ölçülü kappuçinonun orta qiyməti aşağıdakı kimi olub:
Estoniya – 4,2 dollar;
Litva – 3,7 dollar;
Türkiyə – 3,55 dollar;
Azərbaycan – 3,24;
Ermənistan – 3,21;
Latviya – 3,18;
Gürcüstan – 3,08 dollar;
Rusiya – 2,84;
Qazaxıstan – 2,36;
Belarus – 2,16;
Özbəkistan – 2,1;
Moldova – 1,85 dollar;
Ukrayna – 1,45 dollar;
İran – 1,15 dollar.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz