
Amerika liderinin 30 iyunda dərc olunmuş maliyyə açıqlamasına görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox gəlir əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ABŞ Hökumət Etikası Ofisinin rəsmi saytında öz əksini tapıb.
927 səhifəlik sənədə görə, Amerika Prezidenti oğulları Erik və kiçik Donald Trampın rəhbər vəzifələr tutduğu “World Liberty Financial” şirkətinin kriptovalyuta satışından təxminən 500 milyon dollar qazanıb.
Vaşinqton administrasiyasının baş icraçı direktoru həmçinin $TRUMP rəqəmsal valyuta satışından təxminən 600 milyon dollar əldə edib.
Bundan əlavə, Amerika lideri “Bibliya” nəşrlərinin, saatların, idman ayaqqabılarının və onun adını daşıyan müxtəlif növ ətirlərin satışından bir neçə milyon dollar qazanıb.
Qeyd edək ki, “Reuters” agentliyi iyun ayında Tramp ailəsinin ABŞ prezidenti kimi ikinci müddətinin başlamasından bəri bir sıra kriptovalyuta ilə bağlı layihələrdən ən azı 2,3 milyard dollar qazandığını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz