“Harri Potter” filmlinin aktyoru vəfat etdi


“İndiana Cons”, “Ceyms Bond” və “Harri Potter” filmlərindəki rolları ilə tanınan britaniyalı aktyor Maykl Birn 82 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, şimali Londonda anadan olan aktyor karyerasına o vaxtlar Kral Milli Teatrı kimi tanınan “The Old Vic”də başlayıb. 1960-cı illərdə o, Lorens Olivye, Meqqi Smit və Robert Stivens kimi aktyorlarla birlikdə səhnələşdirilən tamaşalarda kiçik rollar oynayıb.
Aktyor teatr karyerasını Londonun digər məkanlarında davam etdirib. O, eyni zamanda filmlərdə də rol almağa başlayıb.
Aktyor Harrison Ford və Şon Konnerinin rol aldığı “İndiana Cons və son Səlib yürüşü” (1989) macəra filmində SS polkovniki Valter Voqel rolu ilə yadda qalıb.
Birnin digər rolları arasında agent 007 filmlərindən “Sabah heç vaxt ölmür” (1997) filmindəki rolu da var.
Onun ən yaddaqalan rollarından biri də ”Harri Potter və Ölüm Hədiyyələri: 1-ci hissə” (2010) filmindəki roludur.
Birn səhnədə də fəaliyyətinə davam etmiş, Batdakı Kral Teatrında Anton Çexovun “Vanya əmi” tamaşasında (2019) baş rolu ifa etmişdir. 

DİGƏR XƏBƏRLƏR

Top