
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynanın Xarkov şəhərinə endirdiyi zərbələr nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynova dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, 23 yaşlı Fatimənin Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi olduğu bildirilir.
Məlumata görə, o, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.
Bildirilir ki, Fatimə Ada adlı tələbə yoldaşı ilə birlikdə məzuniyyət xalatında şəkil çəkdirərkən hava zərbəsinə tuş gəlib və gənc tələbə hadisə yerində həlak olub.
Hadisə yerində çəkilmiş kadrlarda, Fatimənin nəşinin yanında fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağının da olduğu müşahidə edilir.
Tətbiqimizi yükləyə bilərsiniz