
İrana qarşı hərbi əməliyyatın bir hissəsi kimi, Avropa aviabazalarından təxminən 5000 ABŞ təyyarəsi havaya qalxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
NATO-nun baş katibi həmçinin bildirib ki, bu, Avropanın Vaşinqtonun mühüm hərbi müttəfiqi olaraq qaldığını sübut edir.
“Böyük mənzərəyə baxsanız, Avropa ölkələrinin vədlərinə əməl etdiyini görə bilərsiniz. Bu, “Epik Qəzəb” əməliyyatına dəstək olaraq Avropa avİabazalarından 5000-ə qədər Amerika uçuşunun həyata keçirilməsinə səbəb olub”, - alyansın baş katibi qeyd edib.
Rutte həmçinin qeyd edib ki, Avropa həmişəki kimi ABŞ-nin güc nümayiş etdirməsi üçün əsas platformadır.
Bununla belə, o, etiraf edib ki, ABŞ-da avropalıların ikitərəfli razılaşmalara həmişə əməl etmədiyi tək-tək hallarla bağlı ümumi məyusluq var.
NATO lideri bildirib ki, bununla belə, ümumilikdə mənzərə çox müsbətdir.
Tətbiqimizi yükləyə bilərsiniz