
Bu gündən (1 iyul 2026) etibarən Azərbaycanda qadınlar 65 yaşından sonra pensiyaya çıxa biləcəklər.
Yeniavaz.com xəbər verir ki, bununla da, Azərbaycanda qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşib.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Tətbiqimizi yükləyə bilərsiniz