
Dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
Yeniavaz.com xəbər verir ki, əvvəlcə, Bakı vaxtı ilə saat 01:00-da Fransa və İsveç milliləri üz-üzə gəlib.
Matç Fransa millisinin əzmkar qələbəsi ilə başa çatıb – 3:0.
Qolları Kilian Mbappe (45, 74) və Bredli Barkola (53) vurub.
Qeyd edək ki, Fransa 1/8 finalda Almaniyanı mübarizədən kənarlaşdıran Paraqvay millisi ilə qarşılaşacaq.
Günün digər qarşılaşması isə Bakı vaxtı ilə saat 06:00-da Meksika və Ekvador millilərinin iştirakı ilə start götürüb.
Matç Meksika millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 22-ci dəqiqədə Kinyones və 31-ci dəqiqədə Raul Ximenez vurub.
Qeyd edək ki, Meksika 1/8 final mərhələsində İngiltərə-Konqo duelinin qalibi ilə qarşılaşacaq.
Tətbiqimizi yükləyə bilərsiniz