
Rusiya hökuməti iyulun 1-dən etibarən Finlandiya, Estoniya və Latviya ilə sərhədlərdəki bir neçə dəmir yolu keçidini müvəqqəti olaraq bağlayacaq.
Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, çərşənbə günündən etibarən aşağıdakı sərhəd keçidlərindən şəxslərin, nəqliyyat vasitələrinin, malların və yüklərin hərəkəti dayandırılacaq:
- Leninqrad vilayətində Vıborq və Svetoqorsk (Finlandiya ilə sərhəd);
- Kareliyada Vyartsilya və Littya (Finlandiya ilə sərhəd);
- Sankt-Peterburq-Finlandiya (Finlandiya ilə sərhəd);
- Pskov vilayətində Peçorı-Pskovski (Estoniya ilə sərhəd);
- Pskov vilayətində Pıtalovo (Latviya ilə sərhəd).
Rusiya Xarici İşlər Nazirliyi bu qərar barədə Finlandiya, Estoniya və Latviya hakimiyyət orqanlarını məlumatlandırmalıdır.
Hakimiyyət orqanlarının bu sərhəd keçidlərini bağlamaq qərarının səbəbləri açıqlanmayıb. Məhdudiyyətlərin müddəti dəqiqləşdirilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz