Ərdoğan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarını şərh etdi


“Əllərində əksəriyyəti qadın və uşaq olmaqla 73 min günahsız Qəzzə sakininin qanı olan cinayətkar şəbəkənin ölkəmizlə bağlı iftiralarını zərrə qədər ciddiyə almırıq”.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin “erməni soyqırımı”nı tanımaq qərarını şərh edərkən deyib.
Ölkə başçısı bildirib ki, Ankaranın Qəzzada minlərlə insanın qanına batanların Türkiyə barədə səsləndirdiyi ittihamlara əhəmiyyət vermək niyyəti yoxdur:
“Bizim tariximizdə nə soyqırımı, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik var”.
 Ərdoğan əlavə edib ki, minillik tarixlərində yalnız ədalət və mərhəmət var:
“Türkiyə tarix boyu dini, etnik mənsubiyyəti və kimliyindən asılı olmayaraq məzlum insanlara sahib çıxıb. İnkvizisiyadan və nasist zülmündən qaçanlara sığınacaq verən də məhz Türkiyə olub”.

DİGƏR XƏBƏRLƏR

Top