
Venesuelada iyunun 24-ü baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 900-ü keçib.
Yeniavaz.com xəbər verir ki, “Reuters” bu barədə Milli Assambleyanın (parlament) spikeri Xorxe Rodrigezə istinadən məlumat yayıb.
Rodriges bildirib ki, ölənlərin sayı 1 943 nəfərə çatıb, daha 10 571 nəfər yaralanıb.
Zəlzələ iyunun 24-ü Venesuelada baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 ilə 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb.
Tətbiqimizi yükləyə bilərsiniz