“İraqda korrupsiyada ittiham olunanların evlərindən 116 milyon müsadirə edildi” − KİV


İraqda siyasi xadimlərin, yüksək vəzifəli dövlət məmurlarının və iş adamlarının korrupsiya istintaqı zamanı təxminən 116 milyon dollar müsadirə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatı “Al Hadath TV” yayıb.
Mənbələrinə görə, korrupsiya işində iştirak edənlərdən müsadirə edilən vəsaitin məbləği hazırda 100 milyard İraq dinarını (76,3 milyon dollardan çox) aşır.
Həmçinin bildirilib ki, şübhəlilərin evlərində aparılan axtarışlar zamanı daha 40 milyon dollar nağd pul müsadirə edilib. İstintaq zamanı onlarla qanunsuz əldə edilmiş nəqliyyat vasitəsi və yüzlərlə qeydiyyatsız silahın da müsadirə edildiyini öyrənib.
Nəşr daha öncə İraq hüquq-mühafizə orqanlarının korrupsiya işində iştirak edən məmurlar üçün ən azı 200 həbs qərarı verdiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top