
Pakistanın Pəncab əyalətinin paytaxtı Lahorda özəl təhsil mərkəzinin damı uçub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Dawn” qəzeti polisə istinadən məlumat yayıb.
Bildirilib ki, damın uçması nəticəsində ən azı 14 uşaq ölüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı artıq başa çatıb. Xilasedicilər dağıntılar altında 20-dən çox insanın qaldığını aşkar ediblər. Səkkiz uşaq və bir müəllim çoxsaylı xəsarətlərlə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb. Polis binanın sahibi də daxil olmaqla iki nəfəri saxlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz