
Ukrayna Avropa İttifaqından (Aİ) 3,8 milyard avroluq daha bir tranş alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazir Yuliya Sviridenko özünün “Telegram” kanalında məlumat dərc edib.
“Avropa İttifaqından dövlət büdcəsindəki xüsusi fonda daha 3,8 milyard avro köçürülüb”, - deyə o bildiirb.
Baş nazirin sözlərinə görə, vəsait prioritet müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə: pilotsuz uçuş aparatlarının (PUA) istehsalına, hərbi-sənaye kompleksinin gücləndirilməsinə və cəbhənin ehtiyacları üçün təcili təchizatın təmin edilməsinə yönəldiləcək.
Onun sözlərinə göə, bu, “Ukrayna Dəstək Krediti” adlı yeni maliyyə aləti çərçivəsində müdafiə dəstəyinin ilk tranşıdır. Sviridenko həmçinin xatırladıb ki, iyunun 25-də də eyni kredit proqramı çərçivəsində büdcəyə 3,2 milyard avro köçürülüb. Beləliklə, Kiyevin bu proqram çərçivəsində aldığı vəsaitin ümumi məbləği 7 milyard avroya çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz