ABŞ "Apaçi"lərini Avropaya yerləşdirməyə hazırlaşır

Fevral ayının ortalarında ABŞ Avropaya 20 ədəd "Apaçi" ( "AN-64A Apaçhe") vertolyotları göndərəcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ABŞ-ın "Dəmir əjdaha" adlı 501-ci Aviasiya polku hazırda Korpus-Kristidəki bazaya "Apaçi" vertolyotlarını gətirir və onların Avropaya göndərilməsinə hazırlaşırlar. Hərbi nəqliyyat təyyarələri vasitəsi ilə Avropaya göndərilməsi nəzərdə tutulan "Apaçi" vertolyotları ilə bağlı əməliyyata ABŞ-ın Atlantic Resolve quru qoşunları dəstək verəcək. Qeyd edək ki, "Apaçi" vertolyotları hücum təyinatlıdır və əsasən düşmənin yerüstü hədəflərini məhv etmək üçün nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top