“Çünki mən belə demişəm...” – Pentaqonda Heqset qalmaqalı


Pentaqon rəsmiləri departamentin rəhbəri Pit Heqsettin hərəkətlərindən şikayətlənərək qeyd ediblər ki, o, işçilərin fikirlərini dinləməkdən imtina etdiyi üçün onların əhval-ruhiyyəsini pozur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Pentaqonda iş əhval-ruhiyyəsi ən aşağı səviyyəyə düşüb:
“Səbəb nazirin ünsiyyət tərzidir: siyasətinə edilən hər hansı bir tənqidə tabeliyində olanlara “çünki mən belə demişəm” ifadəsi ilə cavab verir. Bundan əlavə, mənbələr göstərir ki, əsassız olaraq bir sıra işdən çıxarılmalar departamentin işçilərini ruhdan salıb və hərbçilərin işində çaşqınlıq yaradıb.
Adı açıqlanmayan məmur bildirib ki, o, siyasətin və öz eqosunun qərarlarını formalaşdırmasına imkan verir”.
Qəzetin həmsöhbətləri hesab edirlər ki, amerikalı nazir öz alternativ reallığını yaradıb. Başqa bir şöbə əməkdaşı vurğulayıb ki, yüksək vəzifəli məmurların heç bir səbəb olmadan kütləvi istefaları yüz minlərlə tabeliyində olan işçinin işini qeyri-sabitləşdirib.
Avropa və Afrikada ABŞ quru qüvvələrinə rəhbərlik edən amerikalı general Kristofer Donahuenin vəzifədən çıxarılması buna nümunə kimi göstərilir. Bir mənbə onun vəzifədən çıxarılmasını “arxadan vurulan zərbə” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top