Fujimori Perunun ilk qadın prezidenti oldu


Sağçı Xalq Gücü Partiyasının namizədi Keiko Fujimori Peruda keçirilən prezident seçkilərində qalib gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Seçki Ofisi (ONPE) məlumat yayıb.
Bildirilib ki, bülletenlərin 100%-i emal edildikdən sonra Fujimori 9 milyon 223 min 396 vətəndaşın dəstəyini qazanıb ki, bu da səslərin 50,1%-ni təşkil edir.
Onun əsas rəqibi, “Peru üçün Birlik” siyasi təşkilatını təmsil edən Roberto Sançes isə səslərin 49, 8 faizini toplayıb.
Qeyd edək ki, Fujimori ölkə tarixində demokratik yolla ən yüksək dövlət vəzifəsinə seçilən ilk qadın olub.

DİGƏR XƏBƏRLƏR

Top