Azərbaycan builki Uşaq Avroviziyasında iştirak etməyəcək


Azərbaycan 2026-cı ildə keçiriləcək “Uşaq Avroviziyası” mahnı müsabiqəsində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov ESC Plus-a bildirib.
“Azərbaycan bu il Maltada keçiriləcək Uşaq Avroviziyasında iştirak etməyəcək”, - Teymurov bildirib.
Qeyd olunub ki, Azərbaycan 2025-ci il iştirakçıları arasında 2026-cı il müsabiqəsindən çıxan ilk ölkə olub:
“İctimai Televiziya müsabiqədən çıxışın konkret səbəblərini açıqlamayıb”.

DİGƏR XƏBƏRLƏR

Top