
İranın qərbində, Kirmanşah əyalətinin Paveh şəhərində baş verən atışma nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki əsgəri həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.
Bildirilib ki, çərşənbə axşamı gecəsi baş verən hücumda iki əsgər həlak olub, iki əsgər yaralanıb. Korpus atışmanı terror hücumu kimi qiymətləndirib.
Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz