“Moskva ilə Bakı arasındakı münasibətlərdə çətin dövr geridə qaldı” − Qaluzin


“Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında çətin bir dövr geridə qalıb”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə bildirib.
Nazir müavini qeyd edib ki, indi əlaqələrin bərpasına diqqət yetirmək lazımdır.
Yüksək vəzifəli diplomatdan Bakıda Rus Evinin fəaliyyətinin bərpası ehtimalı ilə bağlı sual verilib.
“Biz inanırıq ki, 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı münasibətlərimizdə olduqca çətin dövrü birgə dəf etdikdən sonra, qeyd etdiyiniz məsələni həll etmək də daxil olmaqla, həmin dövrdə pozulmuş əlaqələrimizi tam bərpa etmək lazımdır - və bu, bizim fikrimizcə, hər iki tərəfin maraqlarına uyğun olmalıdır. Buna görə də biz bunun üzərində də çalışacağıq”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top