
“Əgər İran İsrail ərazisinə raket zərbələri endirərsə, ölkə elə sabah İranla müharibəyə başlaya bilər”.
Yeniavaz.com “Ynet”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz danışıb.
Nazir bildirib ki, İsrail Müdafiə Qüvvələrinə zərurət yaranacağı təqdirdə İrana qarşı müstəqil hərbi əməliyyat planı hazırlamaq tapşırılıb.
O vurğulayıb ki, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar davam etsə də, İranın İsrailə istənilən raket hücumu güclü cavabla qarşılanacaq:
“İranın İsrailə atəş açacağına dair heç bir tənliyi qəbul etməyəcəyik. Bu, amerikalılara da aydın şəkildə bildirilib. İsrail Müdafiə Qüvvələri sadəcə bunu gözləyir və hazırlıq vəziyyətindədir. Hədəflər müəyyən edilib”.
Tətbiqimizi yükləyə bilərsiniz