
ABŞ və İran arasında münaqişənin son gərginləşməsi fonunda Hörmüz boğazından keçən kommersiya gəmilərinin sayı azalıb.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” bu barədə gəmi izləmə xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Məlumatlara görə, bazar günü boğazdan hər iki istiqamətdə 12 gəmi keçib. Bu, tanker hücumlarından birinin baş verdiyi şənbə günü olan rəqəmin yarısından çoxdur. Həmin gün kommersiya gəmiləri su yolunu 28 dəfə keçib. Son gərginləşmədən əvvəl, 24 iyunda, boğazdan 58 gəmi keçib ki, bu da ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başladığı fevral ayının sonundan bəri ən yüksək rəqəmdir.
Agentliyin məlumatına görə, gəmi sahibləri yaxın gələcəkdə boğazdan gəmiçiliyin perspektivləri ilə bağlı qarışıq fikirdədirlər. Gəmiçilik zolağına gedən bəzi gəmilər tranzit cəhdi etməmək qərarına gəliblər. Agentlik tərəfindən müsahibə verilən gəmi sahibləri boğazdan gəmiçiliyin planlaşdırılmasını müvəqqəti olaraq dayandırdıqlarını bildiriblər.
Tətbiqimizi yükləyə bilərsiniz