Adam Kadırovun “Range Rover”də videosu paylaşıldı, bir neçə qayda pozub − Video


Çeçenistan rəhbərinin oğlu Adam Kadırovun “Range Rover” sürərkən çəkdiyi 13 saniyəlik video müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Verstka”nın məlumatına görə, video Adam Kadırova bağlı İnstaqram hesabında yayımlanıb.
Video sürücü tərəfindən çəkilib. Kadırov əvvəlcə yolu, sonra özünü və sərnişini göstərir. Bunu edərkən Çeçenistan rəhbərinin oğlu bir neçə yol hərəkəti qaydasını pozur. Videoda qeyd olunanlar bunlardır:
- Kadırov maşın sürərkən telefonundan istifadə edir.
- Onun maşını qoşa xətti tapdalayır və əks istiqamətə çıxır.
- Videonun sonuna yaxın Kadırovun maşını saatda 112 kilometrə qədər sürətlənir. Yol kənarındakı saatda 50 kilometr sürət həddi nişanı videoda görsənir.
- Bundan əlavə, Kadırov və sərnişini təhlükəsizlik kəməri taxmırlar.
Qoşa xətti tapdalamaq ciddi yol hərəkəti qaydalarının pozulmasıdır və bu da sürücülük vəsiqəsinin ləğvi ilə nəticələnə bilər.
Xatırladaq ki, 2026-cı ilin əvvəlində Adam Kadırovun Qroznıda yol-nəqliyyat hadisəsinə düşdüyü barədə məlumatlar yayılıb. KİV-in məlumatına görə, Çeçenistan liderinin oğlunun idarə etdiyi avtomobil çox yüksək sürətlə maneəyə çırpılıb. Onu izləyən kortejdəki nəqliyyat vasitələri bir-birinə dəyib. Kadırovun kortejindəki nəqliyyat vasitələrinin başqa bir avtomobillə toqquşduğu və sürücünün öldüyü bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top