ABŞ kəşfiyyatı: Yunanıstan ASALA-ya dəstək verir

ABŞ Mərkəzi Kəşrfiyyat İdarəsi (MKİ) intertnetdə yayımladığı sənədlərdə Suriya və Yunanıstanın terror təşkilatlarına dəstək verdiyi, bunun kəşfiyyat hesabatlarına daxil edildiyi müəyyən edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MKİ-nın yaydığı sənədlərdə ABŞ-ın müvafiq bölmələrinin “Terrorla Mübarizə Xəbərdarlığı və Proqnozu” adlı keçirdiyi iclasda danışılan mövzular barədə 1 iyul 1987-ci il tarixində MKİ-nin keçmiş direktor müavini Robert Qeytsə təqdim edilən hesabat da yer alıb. Hesabata əsasən Suriya və Yunanıstan başda PKK və ASALA olmaqla bir neçə terror təşkilat ilə əlaqədədir və onlara dəstək verir. Belə ki, Yunanıstanda keçmiş baş nazir Andreas Papandreu və lideri olduğu Panhellenik Sosialist Hərəkat Partiyası (PASOK) hökumətinin erməni terror təşkilatı ASALA-ya dəstək verdiyini qeyd edən hesabatda ASALA-nın eyni zamanda Afinada bir ofisinin olduğu və mövcudluğunun gizli saxlanıldığı deyilir. Sənəddə bildirilir ki, xarici terror təşkilatları Yunanıstanda fəaldırlar və onların bəzilərinin ölkədə dəstək qazanmasına inanılır: “Bu qruplar arasında Hizbullah, Əbu Nidal təşkilatı və ASALA ola bilər. Yunan hökuməti bu qrupların fəaliyyətlərini məhdudlaşdırmaq üçün addım atmayıb”. Həmin MKİ sənədində vurğulanır ki, Suriyada vaxtilə hakimiyyətdə olan Hafiz Əsəd PKK terror təşkilatından savayı dini məzmunlu radikal qruplara dəstək verib: “Dəməşq hakimiyyəti terrorçuluğu xüsusilə Yaxın Şərqdə istifadə etməyə davam edəcək”. MKİ-nın hazırladığı bu sənəd ən azı 25 il əvvəl hazırlanıb və hazırda məxfiliyi ortadan qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top