Mareska “Mançester Siti”nin baş məşqçisi oldu – Rəsmi


İtaliyalı Enzo Mareska İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mütəxəssisin klubla müqaviləsi üç illikdir.
İtaliyalı mütəxəssis 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarına qədər “Çelsi”yə rəhbərlik edib. 2025-ci ildə London komandası Konfrans Liqasını və FIFA Klublararası Dünya Kubokunu qazanıb. Mareska əvvəllər “Vest Hem”, “Mançester Siti” və “Sevilya”da köməkçi məşqçi vəzifəsini icra edib. O, həmçinin 2024-cü ildə İngiltərə ikinci divizionunun qalibi olduğu “Lester Siti”ni idarə edib.
Oyunçu karyerası ərzində Mareska İtaliyanın “Yuventus”, “Bolonya” və “Fiorentina”, eləcə də İspaniyanın “Sevilya” və “Malaqa” komandalarında oynayıb. O, “Sevilya” ilə iki dəfə UEFA Kubokunu (indiki Avropa Liqası), İspaniya Kubokunu, İspaniya Super Kubokunu və UEFA Super Kubokunu qazanıb.
Qeyd edək ki, daha əvvəl Xosep Qvardiola komandanın baş məşqçisi vəzifəsindən ayrılmışdı.
Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top