Uitkoff İranla danışıqlar üçün Dohaya gedir


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Dohaya uçacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Belə ki, ABŞ Prezidenti Donald Tramp iyunun 30-da Qətər paytaxtında ABŞ-İran danışıqlarının keçiriləcəyini açıqlayıb.
“İran bu həftə görüş tələb edib, ona görə də xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşner yüksək səviyyəli görüşlər üçün Dohaya uçacaqlar”, - deyə o, “Fox News” telekanalına bildirib.
Ağ Evin mətbuat katibi isə Dohada texniki danışıqların aparılacağını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top