
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında HƏMAS-ın “Rafah” briqadasının hərbi təhlükəsizlik və əks-kəşfiyyat bölməsinin rəhbərini öldürdüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“İDF HƏMAS-ın “Rafah” briqadasında hərbi təhlükəsizlik bölməsinin rəhəbri İsmayıl Masrini zərbə nəticəsində öldürüb. O, HƏMAS aparatında yüksək vəzifə tutub və “Rafah” briqadasında hərbi təhlükəsizlik və əks-kəşfiyyat fəaliyyətlərini əlaqələndirib”, - İDF mətbuat xidməti bildirib.
Bundan əlavə, İsrail hərbçilərinin məlumatına görə, İsmayıl Masri HƏMAS-ın hərbi potensialının bərpasında və gücləndirilməsində iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz