
Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ölkə.az məlumat yayıb.
Bildirilib ki, 2016‑cı ildən xəstəxananın baş həkimi vəzifəsini icra edən tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.
Sayt yazır ki, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək “Caspian International Hospital”ın baş həkimi işləyib.
Məlumata görə, N.Axundova, həmçinin Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir:
“Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur”.
Tətbiqimizi yükləyə bilərsiniz