2 nəfərlik menyunun orta qiyməti hansı ölkədə daha ucuzdur? – Siyahı


Azərbaycanda orta səviyyəli restoranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 60 manat (35,3 dollar) təşkil edir.
Yeniavaz.com
məşhur araşdırma portalı Numbeonun açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2 nəfər üçün nəzərdə tutulan menyuya 3 cür yemək – salat, əsas yemək və desert daxildir.
Müqayisə üçün bildirək ki, 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiymətinin ən yüksək olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə 2 nəfərin restoranda yeməyə xərcləyəcəyi məbləğ 123,4 dollara bərabərdir. Bundan başqa, 2 nəfər üçün nəzərdə tutulan ən bahalı menyunun olduğu ölkələrin ilk beşliyində Danimarka (106,6 dollar), İsrail (103,9 dollar), Lüksemburq (102,5 dollar) və Norveç (100,4 dollar) qərarlaşıb.
Ən ucuz menyu isə İndoneziyada qeydə alınıb. Bu ölkədə 11,2 dollar ödəyərək 2 nəfər restoranda yemək yeyə bilər. Bu göstərici Hindistanda 11,7 dollar, Banqladeşdə 12,2 dollar, Nepalda 13,3 dollar, Pakistanda 14,4 dollar, İranda isə 15 dollar olub.
Region ölkələri arasında İrandan sonra ən ucuz menyu Özbəkistanda olub. Bu ölkədə 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 29,1 dollar təşkil edib.
Keçmiş SSRİ və region ölkələrində 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti aşağıdakı kimi olub:
İran – 15 dollar;
Özbəkistan – 29,1 dollar;
Ukrayna – 31,2 dollar;
Moldova – 33,8 dollar;
Azərbaycan – 35,3 dollar;
Gürcüstan – 35,9 dollar;
Rusiya – 40,5 dollar;
Belarus – 41,3 dollar;
Türkiyə – 42,9 dollar;
Ermənistan – 46,3 dollar;
Latviya – 64,9 dollar;
Litva – 68,3 dollar;
Estoniya – 79,7 dollar.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top