DÇ-nin qrup mərhələsində rekord sayda tamaşaşçı qeydə alınıb


2026-cı il FIFA Dünya Kuboku üçün qrup mərhələsində rekord sayda tamaşaçı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Dünya Kubokunun qrup mərhələsinin oyunlarına ümumilikdə 4,6 milyon tamaşaçı baxıb.
Mətbuat xidmətinin məlumatına görə, Dünya Kubokunun qrup mərhələsində 72 oyun keçirilib.
Qeyd edək ki, əvvəlki rekord 1994-cü ildə ABŞ-də keçirilən Dünya Kubokunda qeydə alınmışdı. O zaman ümumilikdə, oyunlara 3 milyon 587 min 538 tamaşaçı baxmışdı.
Xatırladaq ki, Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçirilir. İlk dəfə 48 komandanın iştirak etdiyi turnir 19 iyulda başa çatacaq. Hazırkı çempion Argentinadır.

DİGƏR XƏBƏRLƏR

Top