Venesuelada təxminən 1,8 milyon insanın humanitar yardıma ehtiyacı var – BMT


Venesuelada baş verən zəlzələdən sonra təxminən 1,8 milyon insanın humanitar yardıma ehtiyacı var.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT Uşaq Fondu (UNICEF) məlumat yayıb.
UNICEF-in məlumatına görə, zəlzələdən sonra humanitar yardıma ehtiyacı olanlardan 680 mini uşaqdır.
Təşkilatın Venesueladakı nümayəndəsi Manuel Rodriqes Pumarolun sözlərinə görə, ölkədəki xəstəxanalar tam gücü ilə işləyir, minlərlə uşağın təmiz suya etibarlı çıxışı yoxdur və bir çox məktəb ciddi ziyan görüb.
Təşkilatın bildirdiyinə görə, respublikanın paytaxtı Karakasda 432 məktəb və ya regioandakı bütün təhsil müəssisələrinin üçdə birindən çoxu zərər görüb.
Sağ qalan məktəblər müvəqqəti olaraq evsiz qalan ailələr üçün sığınacaq kimi istifadə olunur.
Qeyd edək ki, iyunun 24-də Venesuelada iki güclü təkan baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci təkan 7,2, ikincisi isə 7,5 bal gücündə olub. Bu təkanlardan sonra 512 təkrar təkan qeydə alınıb.
Venesuela hakimiyyət orqanlarının son məlumatlarına görə, ölənlərin sayı 1450-yə çatıb, 3200-dən çox insan yaralanaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top