
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 3 478,67 ton qablaşdırılmış it və pişik yemləri idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan qablaşdırılmış it və pişik yemlərinin ümumi gömrük dəyəri 5 milyon 989,2 min dollar olub.
Beləliklə, idxal edilən qablaşdırılmış it və pişik yemlərinin 1 kiloqramının orta gömrük dəyəri 1,72 dollar (2,9 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu dövrdə qablaşdırılmış it və pişik yemləri ən aşağı qiymətə Gürcüstandan, ən baha qiymətə isə Latviyadan idxal edilib. Gürcüstandan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri 1,35 manat, Latviyadan gətirilən məhsulun 1 kiloqramının orta gömrük dəyəri isə 97,6 manat olub.
Qeyd edək ki, idxal olunan qablaşdırılmış it və pişik yemləri Azərbaycana bu ölkələrdən gətirilib:
Rusiya – 1 534,81 ton (1 kiloqramının orta gömrük dəyəri 2,8 manat);
Türkiyə – 926,55 ton (2,2 manat);
Ukrayna – 277,02 ton (3,1 manat);
Gürcüstan – 186,39 ton (1,35 manat);
İtaliya – 172,72 ton (3,8 manat);
Fransa – 150,24 ton (5,97 manat);
Almaniya – 66,68 ton (5,1 manat);
Portuqaliya – 51,98 ton (1,7 manat);
Litva – 39,59 ton (5,3 manat);
Polşa – 33,59 ton (6 manat);
Çexiya – 9,58 ton (6,6 manat);
Belçika – 9,24 ton (10,3 manat);
Tailand – 6,94 ton (9,7 manat);
Serbiya – 6,45 ton (5,4 manat);
Çin – 3,17 ton (14,2 manat);
Macarıstan – 1,99 ton (3,2 manat);
Niderland – 1,58 ton (23,75 manat);
Latviya – 0,05 ton (97,6 manat);
Avstriya – 0,07 ton (28,2 manat);
Hindistan – 0,03 ton (27,2 manat).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz