
Açıqlanan son rəsmi məlumata görə, Azərbaycanda əhalinin 49,8%-i və ya 5 milyon 89 min 378 nəfəri kişilərdən ibarətdir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda kişilərin 8,8%-nin, yəni 445 min 403 nəfərinin yaşı 65-dən yuxarıdır.
Məlumat üçün bildirək ki, yaşı 65-dən yuxarı olan kişilərin payı ən çox Sədərəkdə, ən az isə Masallı rayonunda qeydə alınıb. Sədərək rayonunda kişilərin 16,1%-nin, Masallı rayonunda isə 6,9%-nin yaşı 65-dən yuxarıdır.
Onu da qeyd edək ki, Azərbaycanda cəmi 5 şəhər və rayonda yaşı 65-dən yuxarı olan kişilərin sayı ümumi kişi əhalisinin 10%-dən çoxdur.
Cədvəldə şəhər və rayonlar üzrə kişilərin ümumi sayı, yaşı 65-dən yuxarı olan kişilərin sayı və onların ümumi kişi əhalisindəki payı göstərilib:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz