Hörmüz boğazında gəmiçiliyin bərpası aylar çəkə bilər – Minalara görə…


“Hörmüz boğazında minaların təmizlənməsi zərurəti o deməkdir ki, İran və ABŞ arasında atəşkəs qüvvədə olsa belə, bu dəniz yolu ilə daşımaların müharibədən əvvəlki səviyyəyə qayıtması aylarla çəkə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Yaponiyanın “NYK Line” gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Soqa qeyd edib ki, gəmiçilik üçün mövcud marşrutlar son dərəcə məhduddur - onlar çox dar dəhlizlərdir. Buna görə də, gəmilər boğazda maneəsiz hərəkət etsələr belə, nəqliyyat həcmi bir müddət normal səviyyənin yarısından az olacaq.
Məqalədə Hörmüz boğazında 80-ə qədər minanın qala biləcəyi bildirilir.
Digər tərəfdən, qəzet gəmilərin yalnız İran və Omana yaxın iki marşrutla hərəkət edə biləcəyini qeyd edir.

DİGƏR XƏBƏRLƏR

Top