
Əfsanəvi “pop kralı” Maykl Ceksonun (1958-2009) həyat hekayəsindən bəhs edən “Maykl” (2026) filmi dünya kinosu tarixində ən çox gəlir gətirən bioqrafik film olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.
Məlumata görə, rejissor Antuan Fukuanın filminin dünya üzrə ümumi kassa gəliri artıq 977 milyon dolları keçib.
Bununla da, “Maykl” filmi Kristofer Nolanın kassada 975 milyon dollar qazandıran “Oppenheymer” (2023) filminin əvvəlki rekordunu yeniləyib.
Aprel ayında ekrana çıxdığı gündən bəri “Maykl” filmi ABŞ daxilində 370,2 milyon dollar, ABŞ-dən kənarda isə 607,2 milyon dollar gəlir əldə edib.
Həmçinin, film 2013-cü ildə çəkilmiş “Aclıq Oyunları” fantastik döyüş filmini 100 milyon dollardan çox üstələyərək, “Lionsgate”in ən çox gəlir gətirən filmi olub.
Tətbiqimizi yükləyə bilərsiniz