Avropada isti hava ilə bağlı ölənlərin sayı 1300-ü keçib


İyunun 21-dən bəri Avropada həddindən artıq istilərlə bağlı 1300-dən çox ölüm hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə səhifəsində məlumat yayıb.
ÜST rəhbəri qeyd edib ki, Avropa Yer kürəsində ən sürətli istiləşməni yaşayan qitədir və temperatur qlobal orta göstəricidən iki dəfə yüksəkdir.
Onun sözlərinə görə, hazırda 150 milyon insan həddindən artıq istidə yaşayır.
O, həmçinin, istilik stresinin “səssiz qatil” adlandırıldığını və Avropadakı evlərin, iş yerlərinin və məktəblərin bu cür temperaturlar üçün nəzərdə tutulmadığını qeyd edib.
Qebreyesus bildirib ki, ÜST üzv dövlətlər və tərəfdaşlarla birlikdə həddindən artıq istiliyin yaratdığı təhlükəsini aradan qaldırmağa çalışır və təhlükənin qarşısının alınmasına və ictimai səhiyyə tədbirlərinin gücləndirilməsinə diqqət yetirir.
Qeyd edək ki, iyun ayının sonundan başlayaraq, Fransa, İspaniya, İtaliya, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrini anomal istilər əhatə edib.

DİGƏR XƏBƏRLƏR

Top