Londona “Brexit”i işə salmaq qadağan edildi

Böyük Britaniyanın Ali Məhkəməsi rəsmi Londona ölkənin Avropa İttifaqından (Aİ) çıxması üzrə “Brexit” prosedurunu işə salmağı qadağan edib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən, Britaniya hökuməti “Brexit” proseduruna başlamaq üçün ölkə parlamentinin razılığını almalıdır. Qərarın lehinə 11 hakimdən 8-i səs verib. Üçü isə əleyhinə səs verib. Ali məhkəmə bununla da Londonun Ali Məhkəməsinin verdiyi qərarı dəstəkləyib. Qərar hökumətin martın sonuna “Brexit” prosedurunu problemsiz işə salmaq arzularının üstündən xətt çəkib.

DİGƏR XƏBƏRLƏR

Top