Levandovski də MLS klubuna keçir


Polşa millisinin və İspaniyanın “Barselona” klubunun hücumçu Robert Levandovski Şimali Amerika Böyük Liqasının (MLS) “Çikaqo Fayr” klubu ilə müqavilə imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə səhifəsində məlumat yayıb.
Razılaşmanın gələn həftənin əvvəlində yekunlaşdırılacağı gözlənilir.
İki həftə əvvəl polşalı futbolçunun  klubun Çikaqodakı qərargahında danışıqlarda iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Levandovskinin “Barselona” müqaviləsi iyunun 30-da bitir. O, 2022-ci ilin yayından bəri Kataloniya klubunda oynayır. O, komanda ilə üç İspaniya liqa titulunu, üç İspaniya Super Kubokunu və bir İspaniya Kubokunu qazanıb.
Xatırladaq ki, Levandovskinin 37 yaşı var. O, 2010-cu ildən 2014-cü ilə qədər “Borussiya Dortmund”da, 2014-cü ildən 2022-ci ilə qədər isə “Bavariya”da oynayıb. Bu komanda ilə Levandovski səkkiz Almaniya çempionluğu, üç Almaniya Kuboku, bir Çempionlar Liqası titulunu və bir UEFA Super Kubokunu qazanıb.
Polşa millisində Levandovski 165 oyun keçirib, 89 qol vurub və komandanın bütün dövrlərin ən çox qol vuran oyunçusu olub.

DİGƏR XƏBƏRLƏR

Top