Pakistan Əfqanıstanla sərhəddə əməliyyat keçirdi – 29 nəfər öldü


Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən şimal-qərbi Xayber Paxtunxva əyalətində quru əməliyyatı keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar “X” sosial şəbəkə səhifəsində yazıb.
Nazir əməliyyatın ölkədə baş verən son terror hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, Pakistan təhlükəsizlik qüvvələri həmçinin, sərhəd boyunca “Camaat-ül-Əhrar” və “Fitna əl-Xəvaric” (əvvəllər “Tehrik-e-Taliban Pakistan” kimi tanınırdı - red.) təşkilatı üzvlərinin sığınacaqlarını və düşərgələrini hədəf alan dəqiq zərbələr endirib.
Nəticədə 29 nəfər ölüb.
Quru əməliyyatı zamanı Pakistan-Əfqanıstan sərhədi boyunca silah və sursat anbarları da daxil olmaqla üç hədəf məhv edilərək dəqiq hücumlar həyata keçirilib.
Digər tərəfdən, Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, təhlükəsizlik qüvvələri 2025-ci ildə 2597 terrorçunu öldürüb. Bu dövrdə Pakistanda 5397 terror aktı qeydə alınıb və nəticədə 1235 nəfər həlak olub. Bu hücumların 70%-dən çoxu Xayber Paxtunxvada, təxminən 29%-i isə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib. Hər iki bölgə Əfqanıstanla uzun bir sərhədə malikdir və Pakistan hakimiyyətinin məlumatına görə, terror düşərgələri əsasən burada yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top