
“İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara dair şərhində qeyd olunub.
“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.
Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”, - XİN-in rəsmi saytında dərc olunan məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün, iyunun 28-də İsrail hökuməti “erməni soyqırımı”nı rəsmi şəkildə tanımasına dair təklifi yekdilliklə təsdiqləyib.
Tətbiqimizi yükləyə bilərsiniz