Türkiyədən İsrailin “erməni soyqırımı” ilə bağlı qərarına – Reaksiya


Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı verdiyi qərara münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Nazirlik bu barədə bəyanat yayıb.
Nazirlik qərarı pisləyərək, bunun siyasi motivli bir qərar olduğunu və İsrailin özünün törətdiyi cinayətləri ört-basdır etməyi hədəfləyini bildirib.
“Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistematik şəkildə zülm edən və Qəzza xalqına qarşı soyqırımına görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunan İsrail hökuməti 1915-ci il hadisələri ilə bağlı siyasi motivli qərar qəbul etməklə öz cinayətlərini ört-basdır etməyi hədəfləyir”, - deyə bəyanatda qeyd olunub.
Nazirlik həmçinin bəyanatda qeyd edib ki, İsrail hakimiyyəti tərəfindən hüquqi və tarixi faktları nəzərə almadan qəbul edilən bu qərar Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən fələstinlilərə qarşı törədilmiş cinayətlərin araşdırılması ilə əlaqədar barələrində həbs qərarı olan Baş nazir Benyamin Netanyahu və onun əlbirlərinin acınacaqlı vəziyyətini göstərir.
“Türkiyə İsrailin bölgədəki ekspansionist və sabitliyi pozan siyasətinə son qoymaq və Netanyahu hökumətini xüsusən də Fələstin xalqı başda olmaqla mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün qətiyyətlə çalışmaqda davam edəcək”, - deyə bəyanatda bildirilib.
Xatırladaq ki, ötən gün, iyunun 28-də İsrail hökuməti “erməni soyqırımı”nı rəsmi şəkildə tanımasına dair təklifi yekdilliklə təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top