
ABŞ və İran rəsmiləri Hörmüz boğazı ilə bağlı mübahisəni həll etmək üçün 30 iyunda Dohada qarşılıqlı olaraq hücumları dayandırmaq və məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, ABŞ və İran Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün çərşənbə axşamı Qətərin paytaxtında görüşməyi planlaşdırdıqları üçün bir-birinə zərbə endirməyi dayandırmaq barədə razılığa gəliblər.
Mənbələrdən digərinin məlumatına görə, tərəflər əvvəlcə çərşənbə axşamı günü İsveçrədə İslam Respublikasının nüvə proqramını müzakirə etmək üçün məsləhətləşmələr keçirməyi planlaşdırırdılar. Lakin son zamanlar münaqişənin kəskinləşməsi əlaqədar ABŞ və İran danışıqların yerini və mövzusunu dəyişdirmək qərarına gəldilər.
Amerikalı mənbə əlavə edib ki, məsləhətləşmələrdə ABŞ tərəfindən texniki qrupun rəhbəri Nik Stüart iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz