Tramp 400 iş yerindən istefa verib

ABŞ prezidenti Donald Tramp səlahiyətlərinə başlamazdan bir gün əvvəl 400-dən çox ticarət müəssisəsindəki vəzifəsindən imtina edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Tramp 10 səhifəlik istefa məktubunda “Mən, Donald Tramp tutduğumuz bütün səlahiyyət və vəzifələrdən istefa edirəm. İstefam bu andan etibarən keçərlidir” ifadələrini işlədib. Prezident olduğu üçün ticarət işləri ilə məşğul olması qadağan edilən D. Tramp bütün şirkətlərinin səlahiyyətlərini iki oğlu – kiçik Donald və Erik Trampa verib.

DİGƏR XƏBƏRLƏR

Top