1000 dollar qazanmaq üçün hansı ölkələrdə neçə saat işləmək lazımdır?


“Our World in Data” platforması İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta illik əməkhaqqı və iş saatları ilə bağlı məlumatları əsasında araşdırma hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, araşdırmada müxtəlif ölkələrdə orta hesabla 1000 dollar qazanmaq üçün neçə saat işləmək lazım olduğu hesablanıb.
Hesablamalarda ölkələrdəki qiymət fərqləri də nəzərə alınıb. Bu səbəbdən gəlirlər alıcılıq qabiliyyəti pariteti (PPP) əsasında müqayisə edilib. Vergilər isə hesablamaya daxil edilməyib.
Nəticələr göstərir ki, yüksək gəlirli ölkələrdə insanlar 1000 dollar qazanmaq üçün daha az saat işləyirlər.
Siyahının ilk sıralarında əsasən Avropa ölkələri yer alır:
Lüksemburq – 16 saat
İslandiya – 16 saat
İsveçrə – 18 saat
Norveç – 19 saat
Danimarka – 19 saat
Hollandiya – 19 saat
Avstriya – 20 saat
Almaniya – 20 saat
Belçika – 21 saat
Amerika Birləşmiş Ştatları – 22 saat
Avstraliya – 23 saat
Birləşmiş Krallıq – 24 saat
İsveç – 24 saat
Kanada – 25 saat
Fransa – 25 saat

Ən çox işləməli olan ölkələrin siyahısında isə Latın Amerikası və Mərkəzi Avropa ölkələri yer alır:
Kolumbiya – 86 saat
Meksika – 78 saat
Yunanıstan – 60 saat
Kosta Rika – 53 saat
Macarıstan – 51 saat
Çili – 51 saat
Çexiya – 48 saat
Slovakiya – 47 saat
Portuqaliya – 45 saat
Polşa – 43 saat
Estoniya – 42 saat
Latviya – 38 saat
Cənubi Koreya – 38 saat
Türkiyə – 37 saat
İsrail – 34 saat

DİGƏR XƏBƏRLƏR

Top