
“Opta” analitik şirkəti futbol üzrə dünya çempionatının qrup mərhələsinin yekunlarına əsasən rəmzi komandanı təqdim edib.
Yeniavaz.com xəbər verir ki, heyətin qapısında Kabo-Verde millisinin üzvü Vozinya qərarlaşıb. Müdafiə xəttində Marven Senaya (Qana), Pau Kubarsi (İspaniya), Diney Borjeş (Kabo-Verde) və Keito Nakamura (Yaponiya) yer alıblar.
Yarımmüdafiədə Ueston Makkenni (ABŞ) və Pedro Vite (Ekvador) cütlüyü şans qazanıb.
Rəmzi komandanın hücum xətti isə ulduz futbolçulardan təşkil olunub. Bura Lionel Messi (Argentina), Vinisius Junior (Braziliya), Kilian Mbappe (Fransa) və Erlinq Holand (Norveç) daxil ediliblər.
Digər tərəfdən, dünya çempionatının 1/16 final mərhələsinə start verilir. Bu mərhələnin ilk qarşılaşması Cənubi Afrika Respublikası və Kanada yığmaları arasında baş tutacaq. İyunun 28-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz