
Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində “Saudi Aramco” şirkətinə məxsus helikopter qəzaya uğrayıb.
Yeniavaz.com xəbər verir ki, məlumatı yerli hakimiyyət orqanlarına istinadən “Saudi Press Agency” (SPA) yayıb.
Hadisə nəticəsində ən azı 14 nəfərin həyatını itirdiyi bildirilir.
Helikopterin hansı səbəbdən qəzaya uğradığı hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Əş-Şərqiyyə əyalətində yerləşən Ras Tanura şəhərində “Saudi Aramco”nun istismar etdiyi Yaxın Şərqin ən böyük neft emalı zavodu fəaliyyət göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz